Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov İnstaqram hesabında məlumat verib.
"Ruhun şad olsun, türk millətinin qəhrəman qızı! Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq", - o, paylaşımını bu sözlərlə şərh edib.
A.Barısov bildirib ki, Hökumə öz həyatının sona çatacağını bildiyi halda həyəcan keçirmədən, son anadək insanların həyatını xilas etmək üçün mübarizə aparan bir qəhrəmandır. Hərbi ambulansın da məqsədi məhz insanların həyatını xilas etməkdir.
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- Bu dəfə qol sayıldı - Canlı-Yenilənir
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?