Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfiqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.
Maraqlıdır, bələdçilər həmin medalı qəbul edəcəklərmi? BUTA.TV xəbər verir ki, Teleqraf-ın əməkdaşı bu sualla bələdçi Zülfiqar Əsədova müraciət edib.
Onun cavabını təqdim edirik:
"Biz uçduğumuz məkana sağ-salamat çatmalı və eniş etməli idik. Şokdayam, hələ də yaşadığımız o hadisədən nəticə çıxara bilmirəm. Niyə belə elədilər?! Bəli, bu haqda məlumatlıyam, Ramzan Kadırov tərəfindən mükafata layiq görülmüşük. Amma mən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm.
Səbəbi isə odur ki, onların səhvlərinin ucbatından günahsız 38 sərnişin həlak oldu. Mənə çox kədərlidir və mükafatı qətiyyən qəbul etmək istəmirəm və istəmərəm də. Bizə bu mükafat lazım da deyil. Cənab Prezident İlham Əliyev sağ olsun, bizi yüksək dəyərləndirib və lazımınca qiymət verib. Dövlət başçımız bizi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. Amma yenə də deyirəm ki, heç vaxt Ramzan Kadırov tərəfindən təqdim edilən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm. Bizi uçduğumuz yerdə vurdular. Günlərlə düşünürəm ki, niyə belə etdilər?! İnsanların nə günahı var idi ki, onlar belə dəhşətli qəza nəticəsində vəfat etdilər. Bizim mülki təyyarəmizə atılan zərbəyə görə kədərlənirəm. Hələ də bu hadisənin təsirindəyəm".
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək
- Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...
- Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...
- Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçdi