Rusiyada hazırda 331 min 727 nəfər azərbaycanlı miqrant yaşayır.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfər miqrasiya qeydiyyatına alınıb.
Bildirilir ki, bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq. Onların arasında minlərlə Azərbaycan vətəndaşı da var. Rəsmi Moskva ölkədə miqrantlarla bağlı son statistikanı, Rusiyaya ən çox hansı ölkdən miqrant gəldiyini də açıqlayıb.
“Rosstat”ın açıqladığı son məlumatlara əsasən, ötən il Rusiyaya rəsmi olaraq son 29 ilin ən böyük miqrant axını olub. Siyahıya 128 min nəfərlə Tacikistan rəhbərlik edir. İkinci sırada 107 min nəfərlə Özbəkistan, üçüncü sırada 104 min nəfərlə Qırğızıstan qərarlaşıb. Ümumilikdə, 2024-cü ildə demək olar ki, Rusiyanın miqrasiya artımının 97%-i Mərkəzi Asiya ölkələrinin payına düşüb. Ötən ilin rəsmi statistikası da göstərir ki, Rusiyada miqrant siyahısında Azərbaycan vətəndaşları ən son yerlərdən birini tutur.
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır