Putin açıq şəkildə bəyan edib ki, qısamüddətli atəşkəs olacağı təqdirdə Kiyevin ondan hərbi əməliyyatların bərpası üçün Ukrayna qüvvələrini yenidən qruplaşdırmaq və gücləndirmək üçün istifadə ediləcəyi riski yüksəkdir.
Bu sözləri BUTA.TV-a Ukraynanın 30 günlük atəşkəslə razılaşmasını şərh edən rusiyalı ekspert Vitali Arkov deyib.
“Məhz Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanına 30 günlük atəşkəs təşəbbüsü ilə gəlmişdi. Amerika heyəti isə Ağ Evlə razılaşdırdıqdan sonra onları dəstəklədi və bunu Trampın başlatdığı münaqişənin həlli prosesində ilk real nailiyyət kimi təqdim etmək qərarına gəldi. Guya Tramp Zelenskiyə təzyiq etdi və o, Ağ Evin tələbləri ilə razılaşmağa başladı. Nəzərə alsaq ki, Kiyev son vaxtlar Vaşinqtonun deyil, London və Parisin göstərişlərinə əməl edir, onların bu təşəbbüsdə iştirakını istisna etmək olmaz. Onlar Moskvanın Kiyevin təşəbbüsünü dəstəkləməkdən imtina etməsinə ümid edir. Bu, birincisi, Trampın bir aydan az müddətdə yenidən axmaq vəziyyətə düşməsinə (ilk dəfə Ağ Evdə Zelenski ilə mübahisə olub), ikincisi, onu Putinə qarşı qoyub, onların şəxsi görüşünü və tarixi razılaşmanın bağlanmasını pozmasına səbəb ola bilər. Əgər bu, həqiqətən də belədirsə, deməli, inglislər işi yenə zibilləməyə çalışırlar. Amma bütün bunlara baxmayaraq, iki müdrik insan, zəmanəmizin ən böyük siyasətçiləri avropalı intriqaçıların və ukraynalı axmaqların onları tələyə salmalarına imkan verməyəcək, öz məqsədlərinə doğru birgə addımlayacaqlar”, - o bildirib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır