Dünya siyasətinin iki əsas fiquru – Rusiya Prezidenti Vladimir Putin və ABŞ-Prezidenti Donald Tramp arasında mümkün görüş barədə müzakirələr intensivləşib. Ən maraqlı sual isə budur: görüş harada baş tuta bilər?
Bu sözləri BUTA.TV-a konfliktoloq Elman Vəliyev bildirib.
Onun sözlərinə görə, görüşün Azərbaycanda keçirilməsi Putin üçün məqbul seçimdir:
“Görüş üçün seçiləcək məkan neytral olmalıdır. Qərbin açıq dəstəyini alan Avropa Birliyi və Şərqi Avropa ölkələri bu siyahıdan çıxır. İran da optimal seçim hesab edilmir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Macarıstan, Qətər, Misir, Türkiyə və Azərbaycan mümkün variantlar sırasında göstərilir. Rusiya üçün Cənubi Qafqazda ən etibarlı tərəfdaş məhz Azərbaycandır”.
O qeyd edib ki, seçimlər arasında Türkiyə və Macarıstan variantı səslənsə də, son baş verənlər fonunda bu, bir o qədər də real görünmür:
“Prezident Rəcəb Tayyib Ərdoğan həm Rusiya, həm də ABŞ-la əlaqələri balanslı saxlayan güclü lider olsa da, son vaxtlar Kremlin Türkiyəyə baxışında bir qədər narazılıqları hiss edilir. Digər tərəfdən, Macarıstanın Baş naziri Viktor Orban həm Putin, həm də Trampla yaxşı münasibətlərə malikdir. Macarıstanın NATO və AB üzvü olması müəyyən suallar doğursa da, Orbanın mövqeyi bu ölkəni potensial görüş yeri kimi saxlayır.
Daha real seçimlər arasında Səudiyyə Ərəbistanı və Qətər ön plana çıxır. Bu ölkələr həm Rusiya, həm də ABŞ ilə münasibətlərini neytral saxlamağa çalışır və görüş üçün kifayət qədər balanslı platforma təmin edə bilər”.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarənin Moskvadan Bakıya gəldiyi haqda məlumatlar yayılıb. Bu isə Putin və Trampın Bakıda görüşə biləcəyi ehtimalını önə çıxarıb.
- ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib
- Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı
- Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan
- Qarabağda “İskəndər M” olub? – Saakyan açıqladı
- Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı
- Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan
- Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert
- Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?