Alimlər həyatda xoşbəxtliyə necə nail olmağın yollarını açıqlayıblar.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Toronto Universitetinin alimləri müəyyən ediblər ki, xoşbəxtliyi “qovmaq” və həyatın bütün sahələrinə nəzarət etməyə çalışmaq enerjinin tükənməsinə və psixi vəziyyətin pisləşməsinə gətirib çıxarır.
Qeyd olunub ki, xoşbəxtliyin axtarışı qartopu effektinə bənzəyir. İnsan özünü daha xoşbəxt hiss etməyə qərar verəndə, xoşbəxtlik gətirən şeyləri etmək qabiliyyətini tükəndirir.
Aktiv şəkildə xoşbəxt olmağa çalışan insanların gündəlik həyatda impulslarını idarə etmək qabiliyyəti azalır.
Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar könüllülər üzərində təcrübələr aparıblar. İştirakçılara sadə tapşırıq verildi: obyektlərin siyahısını sıralamaq. Sadəliyinə baxmayaraq, bu vəzifə zehni konsentrasiya və özünü tənzimləmə tələb edir.
Fəal olaraq xoşbəxtlik axtardıqlarını söyləyən iştirakçılar daha pis nəticə göstəriblər. Bu o deməkdir ki, xoşbəxtlik arxasıyca düşmək insanın zehnini yükləyir, bu gününü zəif edir.
- Messi məğlubiyyətə ağladı - Fotolar
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...