2015-ci ilin iyun ayında məni qondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sərkisyan təyin edib.
BUTA.TV xəbər verir ki, bunu martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib.
O qeyd edib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sərkisyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib.
“Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, - təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Lyova Mnatsakanyanı “müdafiə naziri” “vəzifə”sinə guya ovaxtkı “prezident” Bako Saakyan təyin edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Bakıda bu ərazidə evlər plana düşdü – Bu tarixdə sökülür
- Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
- Bakıda ər və arvad zəhərləndi, biri öldü
- Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilindi
- Güclü qar ağacı aşırdı, qadın altında qaldı - Video
- Bakıda 37 yaşlı kişi yanaraq öldü
- Qızdırıcı yanıb əridi, kişi tüstüdən boğulub öldü
- Gültəkin Hacıbəyli Azərbaycandadır