"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram".
BUTA.TV Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib: "Allah hamının yolunu açıq etsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb".
Xuraman ayrıldıqdan sonra depressiyaya düşdüyünü bildirib:
"Adi insanın evində baxdığı heyvan 5 ildən sonra öləndə ağlayır. Bir insan həyatından çıxır gedir: sevdiyin, nikahlı həyat yoldaşın. İnsan necə depressiyaya düşməyə bilər?"
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Xuraman bir müddət əvvəl səsləndirdiyi "xəyanətə görə ailəmi dağıtmaram" sözlərinin hələ də keçərli olduğunu deyib:
"Mən əvvəl də demişəm, insan hər şeyə görə ailəni dağıtmaz. Buna görə, xanımlar məni daşqalaq etmişdi. Amma yenə də deyirəm, adi bir xəyanətə görə bunu etməzlər. Çünki kişilər beyinləri ilə yox, bədənləri ilə xəyanət edirlər".
Aktrisa gələcəkdə yenidən ailə qurub-qurmayacağı ilə bağlı suala isə belə reaksiya verib:
"Onu deyə bilmərəm. Oğul böyüdürəm. Amma təklik Allaha məxsusdur. Onu biz heç vaxt deyə bilmərik. Deyir, heç vaxt "heç vaxt" demə. Həyatdır".
Qeyd edək ki, Xuramanın bu evlilikdən Əli adlı bir oğlu var.
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi
- AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
- Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı