ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask Amerika Siyasi Cəmiyyəti ("America PAC") üzvlərinin görüşünə kəsilmiş pendir dilimini xatırladan papaqla gəlib.
BUTA.TV-ın Gazeta.ru-ya istinadən məlumatına görə, görüş Viskonsin ştatında keçirilib. Görüntülərdə Maskın səhnəyə qaçaraq çıxdığı və əlləri ilə baş geyimini tutduğu görünür.
"Gəldiyiniz üçün təşəkkür edirəm. Papağım necədir?" - deyə iş adamı tədbirin əvvəlində soruşub.
Daha sonra o, baş geyimini çıxarıb və imzalayaraq zaldakı insanlar tərəfə atıb.
Qeyd edək ki, Amerika Siyasi Cəmiyyəti Mask tərəfindən 2024-cü ilin iyulunda yaradılmış ictimai təşkilatdır. "America PAC"in fəaliyyətinin əsas istiqaməti ölkənin hazırkı Prezidenti Donald Trampın tərəfdarı olmaq istəyən ABŞ vətəndaşlarının tapılmasıdır.
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video