Xəbər verdiyimiz kimi, bir ay əvvəl Yeni Klinikanın rəsmi saytında fizioterapistlərin vəzifələrinin yanlış qeyd edilməsi ilə bağlı yayılan məlumatdan sonra klinika rəhbərliyi bunun texniki səhv olduğunu və tezliklə düzəliş ediləcəyini bildirmişdi. Lakin üzərindən bir ay keçsə də, saytda hələ də dəyişiklik aparılmayıb.
Məsələ ilə bağlı Yeni Klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova BUTA.TV-a açıqlamasında problemin aradan qaldırılması üçün işlərin başlanıldığını deyib.
“Mən əvvəlki açıqlamada bildirmişdim ki, saytın texniki dəstəyini təmin edən şirkət mövcuddur və onlara bu barədə məlumat verilib. Şirkət artıq problemin aradan qaldırılması üçün işə başlayıb. Sadəcə, bilirsiniz ki, mart ayında uzunmüddətli bayram tətili oldu və bu müddətdə qaydalara uyğun olaraq şirkət fəaliyyət göstərmirdi. Hazırda iş həftəsi yenicə başlayıb və çox güman ki, həftənin sonuna qədər problem aradan qaldırılacaq”. /Axar.az
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi
- 59 yaşlı kişi Qarabağ kanalında batdı
- 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
- İsmayıllıda ağır qəza: 3 ölü
- İsmayıllıda maşınla motosiklet toqquşdu - Ölənlər var - Video - Yenilənib
- Xocavəndin minalanmış ərazisində yanğın başladı
- Sabahın hava proqnozu açıqlandı