Məlum olduğu kimi, aprelin 7-də Prezident İlham Əliyevin “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə imzaladığı Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb. Bu gün isə həmin məhkəmənin 77 yaşlı hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
Maraqlıdır, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi 70 idisə, Rafael Qvaladze 77 yaşa qədər sözügedən vəzifədə necə qalıb?
“BUTA TV”nin məlumatına görə, qanuna edilən yeni dəyişiklikdən əvvəl 70 yaşına çatmış hakimin yerinə yeni hakim təyin olunana qədər o, vəzifələrini icra edə bilirdi. Dəyişiklikdən sonra isə artıq Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi yeni hakim təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.
Məlumat üçün bildirək ki, hazırda Konstitusiya Məhkəməsində sədr və sədr müavini də daxil olmaqla, 9 hakim fəaliyyət göstərir:
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 67 yaşı var. O, 22 ildir ki, bu vəzifəni icra edir.
69 yaşlı sədr müavini Sona Salmanova isə 27 ildir Konstitusiya Məhkəməsinin hakimidir.
50 yaşlı Humay Əfəndiyeva 4 ildir hakim vəzifəsində çalışır.
Digər hakim Rövşən İsmayılovun 54 yaşı var. O, 15 ildir bu vəzifədədir.
15 ildir Konstitusiya Məhkəməsinin hakimi olanlardan biri də Ceyhun Qaracayevdir. Onun 60 yaşı var.
59 yaşlı hakim Kamran Şəfiyev də 15 ildir ki, bu vəzifədədir.
Hazırda sabiq ədliyyə naziri Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi kimi çalışır. O, bu vəzifəyə ötən il təyin edilib. F.Məmmədovun 70 yaşı var.
73 yaşlı İsa Nəcəfov isə 23 ildir hakimlik kürsüsündə əyləşir.
Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Artıq parlamentə hərbi prokuror kimi səlahiyyət müddəti başa çatan 70 yaşlı Xanlar Vəliyevin də hakim təyin olunması ilə bağlı məsələ daxil olub.
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
- Bakıda 4-cü sinif şagirdi itkin düşdü - FOTO
- 32 yaşlı operatora iynə vurulduqdan sonra öldü
- “Onu deyən adamlar...” - Ziya Məmmədovdan onu tənqid edənlərə SƏRT MESAJ
- Anarın “uçan taksi”si və DİN-in qəribə çağırışı...
- Prezident nəvələri ilə idmanda - FOTO
- Trampdan Rusiya ilə bağlı sərəncam
- Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat