İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün quruması ilə bağlı yerli rəsmilər və mütəxəssislərlə aparılan müzakirələrdə Azərbaycan dilində danışıb.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, barədə İran mediasında məlumat yayılıb.
Məlumata görə, Prezident Pezeşkian daha öncə də Cənubi Azərbaycanın müxtəlif bölgələrindəki yerli idarəçilərlə rəsmi yazışmaları ana dildə – Azərbaycan dilində aparması ilə diqqət çəkib.
Bu addım həm Cənubi Azərbaycan əhalisi, həm də dil hüquqları uğrunda mübarizə aparan çevrələr tərəfindən müsbət qarşılanıb və ölkə rəhbərliyi səviyyəsində Azərbaycan dilinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Urmiya gölünün quruması son illərdə bölgədə ciddi ekoloji və sosial problemlərə səbəb olub. Hazırda gölün xilas edilməsi istiqamətində müxtəlif layihələr müzakirə olunur.
- O qayalar simasında heç vaxt bir şəhidin adını daşıya bilməz...
- Qərb həmişə Rusiyanı zəiflətməkdə maraqlı olub - Lavrov
- İranda internetə məhdudiyyətlər nəticəsiz oldu - Arif
- Qələbə çox yaxındır, əminik... - Peskov
- Macarıstan sərt şəkildə cəzalandırılacaq - Zaxarova
- ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
- “Gənclik Mall”da həyəcan siqnalı - Foto-Yenilənib
- Tibbi heyəti daşıyan helikopter qəzaya uğradı