Paytaxt Moskva başda olmaqla, Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə təyyarələr havaya qalxa bilmir, hava limanına enən sərnişinlər isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu, Ukraya Prezidenti Vladimir Zelenskinin bir neçə gün əvvəl “9 May paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, belə şəraitdə doğrudan da 9 May paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır:
“Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl, dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 May paradını rahat keçirsin. Vladimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır”.
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı
- Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc
- Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video
- Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?
- Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok
- Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?
- Paşinyan Əliyevlə görüşündən danışdı
- Mehdiyevin həbsi ilə deputat partiyadan qovuldu... - Təsadüf?