Rusiya ötən il ticarət profisiti baxımından dünyada üçüncü olub.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik ötən il üçün 91 ölkənin ticarət məlumatlarını araşdırıb. Onların arasında cəmi 33 ölkə 2,3 trilyon dollarlıq ticarət profisiti əldə edib.
Çin keçən il 991 milyard dollarlıq ticarət profisiti ilə ticarətdən ən çox qazanan ölkə olub. İkinci yerdə 258 milyard dollar xalis ticarət gəliri ilə Almaniya qərarlaşıb.
İlk üçlükdə Rusiya yer alıb. Bu ölkə 151 milyard dollarlıq ticarət profisiti əldə edib.
İlk onluqda İrlandiya (98 milyard dollar), Niderland (89 milyard dollar), İsveçrə (77 milyard dollar), Səudiyyə Ərəbistanı (73 milyard dollar), Norveç (69 milyard dollar), Braziliya (59.5 milyard dollar), İtaliya da (55 milyard dollar) var.
Ticarət kəsirində isə ABŞ ənənəvi olaraq ötən il birinci yeri tutub. ABŞ-ın ticarətdə kəsiri 1,3 trilyon dollara çatıb. Ən yaxın izləyicisi 303 milyard dollarla Böyük Britaniya olub.
Üçüncü yerdə Hindistan (263 milyard dollar), -4cü yerdə Fransa (111 milyard), beşinci yerdə Türkiyə (82 milyard) qərarlaşıb.
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!
- İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq? - Açıqlama
- Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı