Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarət yetirdiklərinə görə təqsirləndirilən Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 144.2.3 (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən, Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Peyk kəndində baş verib. Kənd sakini Abdulla İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib.
Onlar planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələskər İmanova özülərini "elektrik şəbəkəsi"nin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib qızı Abdullanın anasına təhvil veriblər.
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib