İsrailin hava hücumlarının başlamasından bir neçə saat sonra İranın ali dini lideri Əli Xamenei təhlükəsizlik səbəbilə Tehranın şimal-şərqində yerləşən Lavizan bölgəsindəki yeraltı sığınacağa köçürülüb.
BUTA TV xəbər verir ki, bu barədə məlumatı "Iran International" yayıb. Məlumata görə, hücumlar zamanı ölkənin hərbi və siyasi rəhbərliyinə qarşı əlavə təhlükəsizlik tədbirləri görülüb. Lavizan bölgəsində yerləşən obyekt İranın yüksək rütbəli rəhbərləri üçün fövqəladə vəziyyətlərdə nəzərdə tutulmuş xüsusi sığınacaq kompleksi kimi tanınır.
Rəsmi Tehrandan bu məlumatla bağlı hələlik heç bir açıqlama verilməyib. Hadisə ilə bağlı İran ictimaiyyətində və beynəlxalq mediada ciddi narahatlıq müşahidə olunur.
Xatırladaq ki, İsrail ordusu son günlərdə İran ərazisindəki strateji hədəflərə – xüsusən də raket bazalarına və hərbi obyektlərə – hava hücumları təşkil edir. Gərginliyin daha da artacağı istisna olunmur.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video