Rusiyadan gələn təhdidi nəzərə alaraq, Almaniya “güc dilini” seçməlidir.
BUTA TV xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Almaniya hökuməti müdafiəyə yatırımlar edir - bunu ABŞ administrasiyasının tələbinə görə deyil, öz təcrübəsi və inamına əsasən edir. Çünki Rusiya Avroatlantik məkanın təhlükəsizliyi və azadlığına fəal və aqressiv şəkildə təhdid yaradır.
Biz ehtiyatlı olmalıyıq, çünki Rusiya müharibəni Ukraynadan kənarda da davam etdirə bilər. Biz birlikdə o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməyə cəsarət etməsin. Biz Bundesveri Avropanın ən güclü ənənəvi ordusuna çevirəcəyik”, – deyə Merz qeyd edib.
- İlham Əliyev Trampla görüşdü - Video
- Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...
- Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev
- Trampın Əliyev və Paşinyanla diqqətçəkən dialoqu - Video
- Fələstinli satqınları dəhşətli ölüm gözləyir
- İlham Əliyevlə Makronun səmimi görüşü - Video
- MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
- İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video