Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum edilib.
“BUTA TV” Ura.ru-ya istinadən xəbər verir ki, “KRİK-TV”nin əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında çalışan Telli adlı xanıma hücum edib. Bildirilib ki, Kuznetsov çəkiliş qrupu ilə birlikdə restoran açılmamışdan əvvəl oraya gəlib və onları içəri buraxmağı tələb edib.
Restoran işçisi onlara yaxınlaşaraq iaşə müəssisəsinə gəlmə səbəblərini öyrənmək istəyib və bildirib ki, məkan saat 12:00-da açılır.
Bu zaman həmin şəxslər qışqıraraq qadını videoya çəkib və yenə də restorana daxil olmağa təkid ediblər.
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
Daha sonra A.Kuznetsov Tellinin əlindən tutaraq onu küçə boyu sürükləməyə başlayıb, xəsarət yetirib, daha sonra isə pencəyindən yapışaraq yerə yıxmağa cəhd edib.
Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib və müşahidə kameralarına düşüb.
Hücumdan sonra “KRİK-TV” əməkdaşları qışqıraraq təhqir və təhdidlər səsləndirməyə davam ediblər.
Restoran işçisi isə bildirib ki, Aleksey Kuznetsov onu müxtəlif istiqamətlərə sürükləməyə başlayanda fiziki ağrı və böyük qorxu hiss edib: “Məni öldürəcəyini düşünürdüm. Həyatım üçün qorxuram”.
Həmçinin məlumatda qeyd olunub ki, həmin telekanal son iki il ərzində Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara qarşı məqsədyönlü təzyiq göstərməkdə ittiham olunur, yalan məlumatlar yayımlayır və milli ədavəti qızışdırır. Bu səbəbdən “KRİK-TV”yə qarşı dəfələrlə şikayətlər daxil olub.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib