Lavrov Kim Çen İndən üzr istədi

21:14 - 13 İyul 2025 - DÜNYA

 Lavrov Kim Çen İndən üzr istədi

Rusiya xarici işlər naziri Şimali Koreyaya səfəri zamanı Kim Çen İndən üzr istəməyə məcbur olub.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Kim Çen İn Sergey Lavrovu danlayıb. Bildirib ki, Rusiya Şimali Koreyaya çoxlu turist göndərməli idi, lakin hələlik belə bir şey olmayıb. Lavrov da cavab verib ki, bu istiqamətdə iş gedir, hazırda Krım və Rusiyanın çətin günlər keçirən digər kurortları da xilas edilməlidir. Kim bu istiqamətdə operativ addım gözlədiyini bildirib. Və KXDR-in turizm potensialını qiymətləndirməyi istəyib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Lavrov Kim Çen İnin Rusiyaya münasibətinin pisləşəcəyindən və söhbətin Putinə çatacağından narahat olub və üzr istəməyə məcbur olub. Kim Çen İn də Lavrovun üzrxahlığını qəbul edib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol