Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.
BUTA TV APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.
İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğluZeynalov tərəfindən döyülüb.
Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Faktla bağlı araşdırma aparılır.
- Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
- Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan
- Mirzoyandan dəhliz açıqlaması
- Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar
- Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...
- Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi
- Türkiyə XİN Azərbaycanı təbrik etdi
- Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!