İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə olunmasında mühüm addım hesab edir. Eyni zamanda, hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir", - bəyanatda vurğulanıb.
Bəyanatda o da qeyd olunub ki, kommunikasiya əlaqələrinin bərpası region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir