Fransa ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.
Qeyd edilib ki, münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır.
Fransa tərəfi həmçinin qeyd edib ki, sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional əlaqəyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT rəhbərinə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət ediblər. MQ-nin həmsədrlərindən biri də Fransadır.
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - Video
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video