Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib.
“Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir”, - bəyanatda vurğulanıb.
Həmçinin ABŞ-ın və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib:
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
“Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək”.
Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.
- Əli Əsədov qərar imzaladı
- Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird...
- Evinin sənədi olmayanlara vacib xəbər: 15 günə çıxarış alacaqsınız
- DYP-dən yük maşını sürücülərinə xəbərdarlıq
- Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
- Ağdama daha 120 ailə yola salındı
- Saleh Məmmədovun komandası yoxlanılır - HƏBSLƏR GÖZLƏNİLİR
- Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR - VİDEO