Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təmim bin Həməd əs-Saniyə zəng edib.
BUTA.TV xəbər verir ki, telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.
Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də vurğulayıb.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.
Təmim bin Həməd əs-Sani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
- Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
- İlham Əliyev fərman imzaladı
- Akademikin yanlışı: Qədim əlyazma ilə necə davranmalıdır?
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır