Xəbər verdiyimiz kimi, avqustun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.
Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas AB-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan-AB münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Azərbaycanla işləməyə davam edirik - Paşinyan
- Şeyx Papa ilə görüşə gedir
- Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!
- Paşinyandan “Tramp yolu” ilə bağlı açıqlama
- Pakistan qırıcıları Bakı səmasında - Video
- Əliyevin bu bəyanatı tarixi hadisədir, cavabımız olacaq!
- Türkiyə yük maşınları Azərbaycana belə gedəcək
- Artıq 1 il 8 aydır sərhəddə heç bir əsgər həlak olmur