Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq.
BUTA.TV xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir.
Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək.
Fərzanə Sadiq qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.
- Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?
- Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama
- Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...
- Bu türk rəsmilərdən Azərbaycan barədə məlumat alıram...
- Adnanla əməkdaşlıq edən Azərbaycan klubları... - Şok faktlar
- Tramp Rusiyanı darmadağın etdi – Moskva “göz yaşına” inanmır
- Zəngəzur dəhlizinin açılması... - Mişel
- Rubio Azərbaycan-Ermənistan sülh prosesindən danışdı