Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesi üzrə nümayəndəsi Sərdar Kılıçın sentyabrın 12-də İrəvana səfəri zamanı gətirdiyi hədiyyə erməni ictimaiyyətində maraq doğurub.
BUTA.TV Qlobalinfo-ya istinadən xəbər verir ki, Kılıç səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Görüşdə Mirzoyana 73 milyon 473 min dram (324 min 165 manat) dəyəri olan xüsusi bəzəkli şüşə qab hədiyyə edib.
Daha sonra Mirzoyan ölkənin qaydalarına uyğun olaraq hədiyyəni Ermənistan Korrupsiya ilə mübarizə komitəsində qeydiyyatdan keçirib. Qanunlara əsasən, hökumət rəsmilərinə verilən hədiyyənin dəyəri 40 min dramı (istisna hallarda 60 min ola bilər) keçməməlidir, əsk halda həmin məhsul dövlətin mülkü sayılır. Nəticə olaraq hədiyəni alan şəxs onu müvafiq quruma təslim etməlidir.
Eyni zamanda Baş nazir Nikol Paşinyan da Çin və Qazaxıstana səfərləri zamanı ona verilən hədiyyələri qeydiyyatdan keçirib. Çində aldığı hədiyyənin dəyəri 428 min 624 dram, Qazaxıstanda aldığı hədiyyənin isə 365 min 826 dram olub.
- Bu məktəbə Fikrət Qocanın adı verildi
- Bu məktəbə Elza İbrahimovanın adı verildi
- 500, 300, 150 millimetrlik magistral xətlər yeniləndi – Video
- 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
- Yol polisindən qarlı hava ilə bağlı xəbərdarlıq
- Övladına xəsarət yetirən AXCP funksioneri saxlanıldı
- Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
- Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə etiraz