Rusiya Baş Prokurorluğu Tuapse kommersiya limanının sahibi və keçmiş benefisiarlarına qarşı iddia qaldırıb.
BUTA.TV lent.az-a istinadən xəbər verir ki, cavabdehlər sırasında Kubandakı Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükləmə terminalının və “Stary Baku” (“Köhnə Bakı”) restoranının sahibi Şahlar Novruzov, həmçinin Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Voniksel Limited” şirkəti yer alır.
Bu şirkət “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100%-lik təsisçisidir və liman da cavabdehlər siyahısındadır.
Qeyd edək ki, 1 sentyabrda Krasnodar məhkəməsi Ş.Novruzov barəsində həbs qətimkan tədbiri seçib. 60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bildirilib ki, o, özgə aktivlərini qanunsuz ələ keçirmək məqsədilə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsini Prikubanski rayon məhkəməsinə təqdim edib.
- Bu məktəbə Fikrət Qocanın adı verildi
- Bu məktəbə Elza İbrahimovanın adı verildi
- 500, 300, 150 millimetrlik magistral xətlər yeniləndi – Video
- 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
- Yol polisindən qarlı hava ilə bağlı xəbərdarlıq
- Övladına xəsarət yetirən AXCP funksioneri saxlanıldı
- Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
- Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə etiraz