Beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsində əsas rolu müasir nəqliyyat və logistika infrastrukturunun mövcudluğu oynayır.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
"Azərbaycan son illər Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində davamlı iş aparırıq və Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük əhəmiyyət veririk. Həmçinin, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, biz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzrə fəal işləməyə başlayırıq. İqlim Dəyişikliyi ilə bağlı qlobal çağırışlar şəraitində Azərbaycan külək və hidroenergetika da daxil olmaqla yaşıl enerji texnologiyalarına fəal investisiya yatırır. Biz yaşıl enerji sahəsində, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə beynəlxalq əməkdaşlığı inkişaf etdiririk. Bu qarşılıqlı fəaliyyət çərçivəsində bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş əsas sazişlər və memorandumlar imzalanıb", - Əli Əsədov qeyd edib.
- Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?
- Naxçıvan aeroportuna yeni direktor təyin olundu
- Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır
- Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...
- Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir
- Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq
- Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi
- Baş nazir Minskdə Zəngəzur dəhlizindən danışdı