ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması məqsədilə irəli sürdüyü həll planı beynəlxalq aləmdə müsbət qarşılanıb. 20 maddəlik planda HƏMAS qruplaşmasının israilli girovları azad etməsi müqabilində İsrailin hərbi əməliyyatı dayandıracağı yazılıb. Öz növbəsində İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini azad edəcək. Ayrıca HƏMAS üzvlərinə amnistiya tətbiq ediləcək, bir şərtlə ki, onlar silahlarını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidən bərpası və təhlükəsizlik məsələləri həll olunacaq. Qəzzanın idarəetməsi xüsusi yaradılmış komitəyə həvalə ediləcək. Həmin komitə bələdiyyələr və kommunal xidmətlər formalaşdıracaq. Qəzzanın təhlükəsizliyini beynəlxalq sabitlik qüvvələri təmin edəcək. Onlar Qəzzada xidmət edəcək polis qüvvələrinin təlimi ilə məşğul olacaq. Plan işə düşən kimi Qəzzaya hərtərəfli humanitar yardımlar daxil olmağa başlayacaq.
BUTA.TV xəbə verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, buna baxmayaraq, planda İsraillə yanaşı Fələstin dövlətinin formalaşması bəndi qeyri-müəyyəndir:
“Əsas olan mülki insanların qətlini dayandırmaq və sülh prosesinin, o cümlədən bölgənin bərpasının başlanılmasıdır.
Ağ Evdə Donald Trampla görüşən İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin planını dəstəklədiyini bildirib. Bəs HƏMAS planı qəbul etməsə, nə baş verəcək? Bu halda İsrail təkbaşına planın icrasını həyata keçirəcək. Bu isə o deməkdir ki, İsrail HƏMAS neytrallaşdırılana qədər hərbi əməliyyatı davam etdirəcək və bu halda Vaşinqton Təl-Əvivi dəstəkləyəcək. Yəni HƏMAS seçim etməlidir: Ya Vaşinqtonun planını qəbul edir, bu halda müharibə dayanır, insanlar humanitar yardımlar alır və bölgənin yenidən qurulması prosesinə start verilir, ancaq qruplaşma tərk-silah olur, ya da plandan imtina edilir, bu halda müharibə və mülki insanların ölümü davam edir. Vaşinqton HƏMAS-ın tərk-silah olunmasında ərəb ölkələrinin, o cümlədən Misir və Qətərin səylərinə ümid edir. Bu iki ölkənin HƏMAS qruplaşmasına təsir imkanları mövcuddur.
Ölkələrin mütləq əksəriyyəti Vaşinqtonun planını dəstəkləyib. Bu sırada Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İordaniya və Hindistanın adını çəkmək olar. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Trampın planını bu sözlərlə dəstəkləyib: “Qəzzada qan axınının dayanması və atəşkəsin təmin olunması üçün ABŞ Prezidenti cənab Trampın göstərdiyi səyləri və liderliyini yüksək qiymətləndirirəm. Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı bir sülhün bərqərar olması üçün Türkiyə olaraq biz də prosesə töhfə verməyə davam edəcəyik”. Hindistanın Baş naziri Narendra Modi Trampın sülh planının bütövlükdə Yaxış Şərqin təhlükəsizliyinə və rifahına yol açacağını bildirib. “Ümid edirik ki, bütün maraqları tərəflər Trampın planı ətrafında birləşəcək” deyən Modi bunun İsrail və Fələstin xalqları üçün faydalı olacağına inandığını söyləyib.
Biz sözlə Trampın planı əleyhinə çıxan yoxdur.
Donald Tramp Benyamin Netaynahu ilə birgə keçirdiyi mətbuat konfransında İranın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulmasını istisna etmədiyini bildirib. Ağ Ev sahibi Vaşinqtonun İranla münasibətlərinin bərpası ümidini bu şəkildə izah edib: “Və kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula biləcək. Mən həqiqətən onun iştirakçı ola biləcəyinə inanıram”.
İranda mövdud idarəetmə sistemi İsraillə diplomatik münasibətlərin bərpasını istisna edir. Trampın Qəzza planının reallaşması ehtimalı daha yüksəkdir, nəinki İranın İsraillə münasibətlər qurması. Tramp Qəzzadakı qətliamı durdurarsa və hazırladığı plan işə düşərsə, Ağ Ev sahibi Nobel Sülh Mükafatını haqq edəcək”.
- Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan
- Əli Əsədov Lukaşenko ilə görüşdə - Foto
- Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi
- Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi
- Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video
- Trampın bu qanı durdurmağa yaxındır - Ərdoğan dəstək verdi
- Rəsmi Bakıdan Trampın Qəzza planına - Reaksiya
- Müəllimlər üçün komissiyasız kredit