Rusiyada neft emalı gücü təxminən 38% azalıb, benzin qıtlığı 18%, dizel qıtlığı isə 20%-dir. Fərqli regionlarda yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələrin şəkilləri və videoları yayılır, amma Moskvada hələ qıtlıq yoxdur.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Kamran Cəfərov Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri haqda qeyd edib.
O bildirib ki, Ukraynanın bu zərbələri yalnız dronlarla endirilir:
“Bir neçə ay qabaq “Flaminqo” raketlərinin istehsalı başlayanda qeyd etmişik ki, yaxın aylarda bu raketlərdən istifadə olunmayacaq və bu səbəbsiz deyil. Hazırda “Flaminqo” raketlərinin istehsalı sürətlə artırılır. İstifayə hazır olan raketlər isə xüsusi və çox güclü müdafiə olunan yerlərdə gizlədilir.
“Flaminqo”ların istifadəsi üçün 2 faktor vacibdir:
1. Yetərli rezervlərin toplanması;
2. İstehsal gücünün yetərli səviyyəyə çatdırılması.
Bu 2 nəticə əldə olunandan sonra NEZ-lərə artıq dronlardan əlavə 1450 kq partlayıcı maddə daşıyan “Flaminqo” ilə zərbələri görəcəyik. Müqayisə üçün deyim ki, ABŞ istehsallı "Tomohavk"lar 480 kq partlayıcı maddə daşıyır.
Əgər indi Rusiya mühəndisləri müasir texnologiyaların mövcud olmadığına görə NEZ-ləri təmir edə bilmirlərsə, “Flaminqo”larla zərbələrdən sonra ümumiyyətlə zərbə dəyən yerlərdə təmir üçün bir şey qalmayacaq”.
- İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
- Bələdiyyələrlə əlaqədar 14 cinayət işi açıldı
- İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı
- Azərbaycanda 39 yaşlı vəkil qəfil öldü - Foto
- Ölkəmizdə bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...
- Leyla Əliyeva Göygölün füsunkar mənzərəsindən fotolar paylaşdı
- Azərbaycanda həkimlər həbs olundu
- Azərbaycanda adambaşına düşən torpaq sahəsi... - Professor