Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü

22:18 - 6 Oktyabr 2025 - GÜNDƏM

 Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ceyhun Bayramov X hesabında yazıb.

“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş ölkə ilə müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir”, - Bayramov bildirib.

O qeyd edib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol