Ermənistan indi “Trampın yolu” layihəsinin (TRIPP - red.) icrasına başlasa, Azərbaycan Prezidenti İlham Əliyev bundan imtina edə bilməz. Hər kəsə sülh lazımdır. Baxın burada deyirsiniz: “Bu, Paşinyanın ritorikasıdır”. İndi Paşinyanın müharibədən əvvəlki ritorikasını şərh etmək istəmirəm, çox qısa deyim - sırf populizm idi. Amma onun indi dedikləri əslində əlimizdə olanlardır.
BUTA.TV xəbər verir ki, bunu erməni siyasi müşahidəçi David Stepanyan deyib.
“Biz nə istəyirik? Sülh! Buna getməyə hazırıq, buna doğru da gedirik. Bu sülh hamıya lazımdır! Qoy bir azərbaycanlı çıxıb desin:
“Mən sülh olmasını istəmirəm. İstəyirəm ki, müharibə olsun və uşaqlarımız yenidən ölməyə davam etsinlər”. Azərbaycanlılar niyə ölməyə davam etməlidir? Kimsə bu suala cavab verə bilərmi? Ona görə ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək yolun adı TRIPP deyil, “Tramp yolu” deyil, “Zəngəzur dəhlizi” adlansın? Yəni sonunda onlar da istədiklərini alır, biz də istədiyimizi alırıq! Yalnız həddindən artıq xəstə təxəyyülə sahib adam deyə bilər ki, Ermənistan kiməsə hücum edəcək. Azərbaycanda belə düşüncədə olan insanlara da bu barədə düşünməyi şiddətlə tövsiyə edirəm. Çünki nəzəri cəhətdən bir neçə ildən sonra yeni müharibənin baş verəcəyi təqdirdə nələrin olacağını heç kim bilmir. Bunun necə bitəcəyini heç kim bilmir, İranın, Türkiyənin buna necə reaksiya verəcəyini heç kim bilmir. Hər şey dəyişir. Buna görə də indi cəmiyyətləri və xalqları davamlı, yekun sülhə aparmalıyıq ki, heç kim bu müharibəni yenidən başlatmağı ağlına belə gətirməsin. Biz bu müharibədən boğaza yığılmışıq”, - o bildirib.
- Kremldən Əliyevin Putinə zəng etməsinə reaksiya
- Xəzərdə suyun səviyyəsinin enməsi... – Tokayev
- Adnanın xəyanətinin acı nəticəsi üzə çıxdı - Almaniya açıqladı
- Fidan Qəbələdə bu türk ölkəsinin XİN başçısı ilə görüşdü
- Qriqoryan: Müharibədə batan, totalitar Rusiya, sus!
- Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı
- Qəbələdə mühüm iclas: bir sıra sənədlər təsdiqləndi
- 9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok