Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı Misirin Şarm əş-Şeyx şəhərində baş tutacaq Sülh Sammitinə dəvət olunub.
BUTA.TV xəbər verir ki, "Axios" portalının müxbiri Barak Ravid məlumat verib.
Ravid bildirib ki, ABŞ Dövlət Departamenti bu gün Şarm əş-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib.
ABŞ siyahıya İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunan ölkələrin sayını artırıb.
Qeyd edək ki, sammitdə İsrailin iştirakı gözlənilmir.
- Qızıl öpüşdən qara seriyaya - 12 illik kabus
- DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib
- Bu məktəbin tikintisinə 1 milyon manat xərclənəcək
- Braziliya 1/8 finalda! - Video-Yenilənib
- “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı
- Zabit olmaq istəyənlərin diqqətinə!
- Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
- Ayfon-18-in bu xüsusiyyəti məyusluq yaradacaq