Ermənistanın ilk prezident Levon Ter-Petrosyanın 1992-ci il iyulun 29-da “Hayk” qəzetində dərc olunmuş müsahibəsi yenidən gündəmə gəlib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, material yerli KİV tərəfindən yayımlanıb.
Ter-Petrosyan müsahibədə bir cümlə ilə Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinə də toxunub.
Jurnalistin “Son zamanlar ən diqqətçəkən uğurunuz və ən böyük səhviniz” sualına o zamankı Ermənistan prezidenti belə cavab verib:
“Ən diqqətçəkən uğuru Ermənistanın daxili sabitliyi hesab edirəm ki, bu da hazırda qonşu respublikalarımızdan yeganə üstünlüyümüzdür. Ən böyük səhv isə Şuşanın alınmasının (işğalının – red.) Tehran görüşü ilə üst-üstə düşməsi oldu”.
Ter-Petrosyan bu fikrinin izahını verməyib.
Xatırladaq ki, Şuşanın işğalından bir gün əvvəl Tehranda Azərbaycan, Ermənistan və İran nümayəndə heyətləri arasında görüş keçirilmişdi. Görüşdə Azərbaycanı ölkəmizin o zamankı müvəqqəti prezidenti Yaqub Məmmədov, Ermənistanı Levon Ter-Petrosyan, İranı dönəmin prezidenti Əli Əkbər Haşimi Rəfsəncani təmsil eləmişdi. Təşəbbüskar Tehranın iddiasına görə, görüşün əsas məqsədi “Qarabağda gedən döyüşləri dayandırmaq və sülh danışıqları yolu ilə münaqişənin həllinə nail olmaq” idi. Amma tərəflər arasında Tehran bəyanatı imzalandıqdan bir gün sonra - 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal etmişdilər. Bu isə sonrakı dönəmdə Şuşanın işğalında, ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar fəaliyyətlərində İranın roluna dair şübhələr oyatmışdı.
- MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
- İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video
- Elgiz məşhur müğənnini efirdən "QOVDU" - VİDEO
- Adnanın bütün sərvətini etibar etdiyi Moskvadakı ‘Mamonya’ kimdir? - FOTO
- Nəsimi Nəbizadə müalicə olunduğu “Qurtuluş”dan qaçmaq istəyir
- Rəşad Dağlı bu vaxt əfv oluna bilər – Qanun belə deyir
- Şərurlu İsfəndiyardan rəzil addım: “Gizli çəkiliş edib...” - VİDEO
- Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə