Fələstinli satqınları dəhşətli ölüm gözləyir

20:18 - 13 Oktyabr 2025 - GÜNDƏM

 Fələstinli satqınları dəhşətli ölüm gözləyir

Qəzzada müharibə sona yaxınlaşır. Amma bəzi qəzzalıların ağır günü bundan sonra başlayacaq. Söhbət İsraillə 2 illik müharibə zamanı HƏMAS-a qarşı Təl-Əvivlə əməkdaşlığa girən qəzzalılardan gedir.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, Qəzzada 3 belə qrupun mövcud olduğu iddia edilir:

“Onlardan biri Refah qəsəbəsinin şərqində yerləşir və qrupa Yasir Əbu Şəbbab adlı şəxs rəhbərlik edir. İkinci qrup Husam əl-Astal adlı qəzzalının rəhbərliyi altında Xan Yunisda qurulub. Üçüncü qrup Qəzza şəhərinin şərqində fəaliyyət göstərir və rəhbərinin adı Rami Halasdır.

Bu qrupların ortaq özəlliyi İsrail ordusu ilə əməkdaşlıq edib HƏMAS-ı zərərsizləşdirmək olub.

Məsələ burasındadır ki, HƏMAS-la İsrailin əldə etdiyi razılaşmaya əsasən, İsrail ordusu Qəzzanın dərinliklərindən geri çəkiləcək və HƏMAS əvvəlki mövqeyini bərpa edəcək. Bəs, bundan sonra İsraillə əməkdaşlıq edən Fələstin satqınlarının taleyi necə olacaq?

Bu suala doğru-düzgün cavab verən yoxdur. HƏMAS onları vətənə xəyanətdə günahlandırır və hamısının dərisini boğazından çıxaracağına söz verib. İsrail isə onları müdafiə etməyəcəyini açıqlayıb. İsrail ordusunun keçmiş sözçüsü general-mayor Avraham Benayahu mövzu ilə bağlı açıqlamasında bildirib ki, Qəzzada əməkdaşlıq edən milislər İsrailə girməyəcək və öz aqibətləri ilə təkbaşına qalacaqlar: “Ordumuz heç kimi HƏMAS-la döyüşməyə məcbur etməyib. Onlar öz qərarlarının nəticələrinə sinə gərməlidirlər”.

Təl-Əviv onların Qəzzadan qaçmasına da kömək etməyəcək. İsrail rəsmilərindən biri açıqlamasında deyib ki, İsrail hərbi maşınları onları harasa daşımayacaq: “Bu qrupların üzvləri funksional rolu yerinə yetirən əməkdaşlardan başqa bir şey deyildilər və ordu onları qorumaq üçün bir əsgəri də qurban verməz”.

İbranicə nəşr olunan “İsrail Hadashot” xəbər saytı fələstinli satqınlarla bağlı məlumatında ironik dildən istifadə edərək onlara uğurlar arzulamağı da yaddan çıxarmayıb. Nəşr yazıb: “HƏMAS müharibə bitdikdən sonra Qəzzada sərbəst fəaliyyət göstərə biləcək. Yasir Əbu Şəbbab və İsraillə əməkdaşlıq edən digər təşkilatlara uğurlar!”

Belə çıxır ki, Qəzzadakı satqınları dəhşətli bir ölüm gözləyir. Özü də dünənə qədər xidmət etdikləri İsrailin gözü qarşısında.

Zənnimcə, fələstinli satqınların bu acı taleyi təkcə öz soydaşları üçün deyil, bütün insanlıq üçün çox mühüm mesaj daşyır: Satqınların heç harda sığınacaq yeri yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol