Azərbaycan və Rusiya münasibətləri hazırda yeni mərhələyə qədəm qoyur və bu münasibətlər praqmatik əsasda yenidən formalaşdırılır. Hazırda əsas məqsəd iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında davam etdirilməsidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq İlqar Vəlizadə iki ölkə liderlərinin 9 oktyabrda Düşənbədə görüşünü şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər hələ tam həllini tapmayıb:
“Biz həm kompensasiyanın ödənilməsini, həm də bu cinayətdə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını gözləyirik və yaxın aylarda bunun baş verəcəyinə ümid edirik.
Digər tərəfdən, Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin azalacağını və bu kimi halların tamamilə aradan qalxacağını gözləyirik. Həmçinin Rusiyanın bəzi informasiya vasitələrində aparılan antiazərbaycan təbliğatına son qoyulacağı da gözləntilər içərisindədir.
Hazırda bütün bunlarla bağlı vəziyyəti izləyirik. Bununla belə, qeyd etmək lazımdır ki, tərəflər münasibətlərin yeni mərhələsinə qədəm qoyur”.
Ekspert bildirib ki, təhlükəsizlik məsələləri bu münasibətlərin əsas prioritetlərindəndir.
Vəlizadə qeyd edib ki, iqtisadi əməkdaşlıq və birgə layihələr iki ölkə münasibətlərinin mühüm dayağıdır:
“Şimal–Cənub layihəsi, enerji və logistika sahəsində həyata keçirilən təşəbbüslər təkcə Azərbaycan və Rusiya üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan-Rusiya əlaqələri artıq regional təhlükəsizliyin təminində əsas strateji amil kimi çıxış edir və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək”.
- Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi
- Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı
- MSK Ramil Həsənə görə toplanır: Fəaliyyətinə xitam veriləcək
- Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video
- Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?
- Bakı, Moskva və Tehran bəyanat yaydı
- Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan