Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Ermənistanla da yaxşı münasibətlərə malikdir. Ona görə də London Azərbaycanla yanaşı, Ermənistana qarşı da silah embarqosunu ləğv etməyə qərar verib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Qərb ölkələri, o cümlədən Britaniya ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnika vasitəsilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı silah embarqosunun mənası yox idi. Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı.
Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyirlər. Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycana və Ermənistana silah satmaq icazəsi verildi. Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir.
Böyük Britaniyanın Azərbaycana və Ermənistana hərbi texnika satışının başqa səbəbi də var. Böyük Britaniya Azərbaycanın və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki bu halda Azərbaycanın və Ermənistanın Rusiyadan asılılığı arta bilər. Digər tərəfdən, Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycana və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək. Ukraynanın Rusiyanın ona qarşı işğalçı müharibəyə başlamazdan əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnikası və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı müharibəyə başlamağa risk etməzdi”, – o vurğulayıb.
- Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq
- Tramp Əliyev haqda: Onunla düşmən olmaq istəməzsiniz - Video
- Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan
- ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı
- Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video
- Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi
- Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı
- MSK Ramil Həsənə görə toplanır: Fəaliyyətinə xitam veriləcək