Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində istintaq başladılması, ona qarşı vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd də daxil olmaqla, ağır ittihamlar irəli sürməsi böyük müzakirələr yaradıb.
BUTA.TV xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə Ramiz Mehdiyevin vəzifədə olduğu vaxt hər kəsin ona yaltaqlandığı bildirilir.
Ancaq yeganə yüksək vəzifəli şəxs – həmin dövrdə mətbuat və informasiya naziri işləyən Sabir Rüstəmxanlı Ramiz Mehdiyevlə açıq mübarizə aparmışdı. Belə ki, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla, bir neçə media qurumunda mətbuat və informasiya naziri Sabir Rüstəmxanlının əleyhinə kampaniya başlatmışdı.
Sabir Rüstəmxanlı o kampaniyaya həddən artıq geniş bir cavab yazaraq, dərc etdirmiş və bunun arxasında Ramiz Mehdiyevin dayandığını rəsmən elan etmişdi. Bir müddətdən sonra isə (1995-ci il) Sabir Rüstəmxanlı nazir vəzifəsindən istefa verərək, parlament seçkisinə qatılmış və deputat seçilmişdi.
Buna baxmayaraq, Ramiz Mehdiyev “köhnə rəqibini” növbəti dəfə Milli Məclisdə “vurmaq” qərarına gəlmişdi.
Sabir Rüstəmxanlının Ramiz Mehdiyevə Milli Məclisdəki cavabını təqdim edirik:
- Azərbaycan layihələri Britaniyanın sanksiyalarından azad edildi
- Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı
- Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü
- İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanəsilli qarətçilər saxlanıldı
- Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova
- Müsəlman ölkələr arasında toqquşma: Tramp barışdıracaqmı?
- Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto
- Putini danışıqlara cəlb etməliyik - Rutte