Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZİREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.
Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.
Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
- “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi