Biz Azərbaycanla müxtəlif regional formatlarda sıx əməkdaşlıqda maraqlıyıq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun gücləndiyini görürük. Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsi artıq formalaşmış ənənənin sübutudur. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub.
Biz Bakı ilə qarşılıqlı fəaliyyətimizi müsbət qiymətləndiririk, çünki bu il Azərbaycan MDB çərçivəsində müxtəlif sektorlarda əməkdaşlığımızın çox fəal nümunəsidir. Məsələn, MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edən Qəbələ, Laçın, Gəncə kimi…”.
Zaxarova qeyd edib ki, Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulması təqdirəlayiqdir:
“Onların arasında dövlət başçılarının beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq və Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı bəyanatları da var”.
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
- “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi