Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Prezidentin köməkçisi X hesabında yazıb.
"Biz Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. Azərbaycanın Almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub", - H.Hacıyev qeyd edib.
- Ötən həftə 203 yanğın olub, 5 nəfərin meyiti tapılıb - FHN
- Baş İdarədən əməliyyat: saxlanılanlar var
- 17 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bıçaqladı
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...