Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

14:42 - 16 Oktyabr 2025 - GÜNDƏM

 Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir. Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərin göndərməsinin tərəfdarıdır. Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosova, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var. Ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir. Digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərk-silah olunmasa, bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o, İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək. Bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb. İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, HƏMAS tərk-silah olunmaqdan imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. Netanyahu daha sərt bəyanat verərək bildirib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir.

Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Zakir Qaralovun şirkətləri qara siyahıya salındı

HƏMAS isə tərk-silah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərk-silahından asılı olacaq”, - o vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol