Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından təmizlənməsindən beş il ötür.
BUTA.TV xəbər verir ki, 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.
Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.
Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni altı metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
15 tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.
- Bakıda ailə evindən çıxarıldı - Uşaqlar küçədə dərs oxuyurlar - VİDEO
- Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım
- Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi... - Prezident
- Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...
- Kilsə ilə savaş: Paşinyanın planı budur
- Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
- Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva
- Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto