Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalması, dayazlaşmadır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə toplantısında mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib. Xəzər dənizində suyun səviyyəsi sürətlə azalır və səbəblər təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib.
“Hazırkı şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi məlumat mübadiləsi aparmaq və nəticələrin aradan qaldırılması üçün əlaqələndirilmiş tədbirlər hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlığını təhdid edir, təbiətin qorunması və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlər tələb edir”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq forumlarda Xəzər dənizinin mühafizəsi təşəbbüslərini fəal şəkildə təbliğ edə bilərlər və etməlidirlər:
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
“Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətin zəruriliyinin simvoluna çevrilir”.
- Ötən həftə 203 yanğın olub, 5 nəfərin meyiti tapılıb - FHN
- Baş İdarədən əməliyyat: saxlanılanlar var
- 17 yaşlı yeniyetmə 15 yaşlı oğlanı bıçaqladı
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...