Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar... Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata...
BUTA TV Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir. Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hissəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.
Ev sakini Esmira Şahbazova deyir ki, bu 4 gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib-gedən də qəribə baxır.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi