Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərindən imtina etməsi ictimaiyyət arasında diqqət çəkib. Əksəriyyət bunu gözlənilməz gediş kimi qiymətləndirib. Hazırda prosesin arxasında duran mümkün siyasi səbəblər müzakirə olunur.
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, sözügedən addım Mehdiyev və yaxınlarının dövlətin irəli sürdüyü ittihamlarla razılaşdığını göstərir:
“Görünür, təqdim olunan dəlillər kifayət qədər ciddidir, ona görə də Mehdiyev ailəsi artıq mübarizə aparmağın mənasız olduğunu düşünür. Onlar yəqin ki, vəziyyəti gərginləşdirməməyə qərar verib. Çünki sübutlar varsa, çoxsaylı apellyasiya müraciətləri də nəticə verməyəcək. Əksinə, bu, məhkəmə və hüquq-mühafizə orqanlarının narazılığına səbəb ola və daha ağır nəticələr doğura bilər”.
Siyasi şərhçi bildirib ki, ağır ittihamlara baxmayaraq, hazırda Ramiz Mehdiyevə olan münasibət kifayət qədər yumşaqdır:
“O, ev dustaqlığındadır. Bu, həm yaşına, həm də keçmişdə dövlət rəhbərliyində yüksək vəzifə tutmasına hörmətin göstəricisidir. Əgər belə humanist yanaşma aradan qaldırılsa, Mehdiyev üçün vəziyyət daha da ağırlaşa bilər. Digər tərəfdən, sabiq PA (Prezident Administrasiyası) rəhbərinin yaxınları zaman-zaman müəyyən şəxslərlə qarşıdurmaya girir, bəzən də təzyiq xarakterli açıqlamalar verirdilər. Yəni onların mediaya çıxışı var və mətbuat vasitəsilə irəli sürülən ittihamlara ya aydınlıq gətirər, ya da təkzib edə bilərdilər. Lakin indiyədək bunu etməyiblər, bununla da ittihamların doğruluğunu dolayı yolla təsdiqləyirlər”.
- Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar
- Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı
- Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır