Fəridin həbsindən mənim də sizin qədər məlumatım var. Bu barədə hələ heç nə deyə bilmərəm.
BUTA.TV xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovun atası Cəbrayıl Usubov bildirib.
“Bu həbsdən mənim də sizin qədər məlumatım var. Hələ heç nə deyə bilmərəm. Baş Prokurorluğun rəsmi məlumatından başqa heç bir məlumatım yoxdur”, - deyə C.Usubov açıqlayıb.
Onun sözlərinə görə, hələ oğlu ilə görüşməyib.
İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir - Təyinat gözlənilir
“Hələ görüş vermirlər”, - Fərid Usubovun atası bildirib.
“Həbsdən apellyasiya verəcəksinizmi” sualına cavabına o, “təbii ki” cavabını verib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı Fərid Usubov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.
Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.
- Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...
- Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq
- İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir - Təyinat gözlənilir
- Azərbaycanın qeyri neft-qaz ixracı bu qədər artıb
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...