Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Məhkəmədə Sənan Mehdiyevə Amnistiya aktının şamil oldunduğu bildirilib.
Sənan Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Sənan Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi
- Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
- Bu ölkə Avropa Birliyindən imtina etdi
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi