Ukraynada döyüşən Rusiya hərbçilərindən biri yemək üçün bayquş ovlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb. “Bayquş tutmuşam. Bu gün şam yeməyi olacaq. Maraqlıdır, dadı necədir? Fikrimcə, toyuq ətindən pis deyil”, - rus hərbçi bildirib.
Qeyd edək ki, bayquş leşyeyən və ya zərərli quş qrupuna daxil edildiyi üçün yeyilməsi sağlamlıq baxımından məqsədəuyğun hesab edilmir.
İstər Qərb analitikləri, istərsə də Kremlə yaxın rusiyalı hərbi müxbirlər cəbhə xəttində rus hərbçilərin ərzaq təminatının pis vəziyyətdə olduğunu, əsgərlərin yetirincə qidalanmadıqlarını bildirirlər. Hətta Ukrayna tərəfinə əsir düşən rusiyalı hərbçilər də yemək azlığından əziyyət çəkdiklərini dəfələrlə etiraf ediblər.
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq
- Vilayət Eyvazov bu məzunlara diplomlar verdi - Video